Çempionlar Liqası: "Liverpul" ardıcıl ikinci mövsüm finala yüksəlib

Çempionlar Liqası: "Liverpul" ardıcıl ikinci mövsüm finala yüksəlib
01:02 8 May 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasında ilk finalçı "Liverpul" komandası olub.
"Report"un məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinalda İspaniya "Barselona"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. İlk matçda 0:3 hesabı ilə uduzan mersisaydlılar cavab görüşündə daha böyük fərqlə qalib gəliblər - 4:0.
Hesabı 7-ci dəqiqədə Divok Origi açıb. 54-cü dəqiqədə Jorjino Veynaldum ikinci qolu vurub. Bundan 2 dəqiqə sonra Veynaldum, 79-cu dəqiqədə isə Origi "dubl" edib.
Beləliklə, "Liverpul" inanılmazı bacararaq, ardıcıl ikinci mövsüm finala yüksəlib. Həlledici görüşə daha bir vəsiqənin sahibi bu gün Hollandiyada "Ayaks" və İngiltərə "Tottenhem"i ilə matçdan sonra müəyyənləşəcək. Final oyunu iyunun 1-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-ilk-finalci-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR