Los-Ancelesdə Barak Obamanın adını daşıyan küçə olacaq

Los-Ancelesdə Barak Obamanın adını daşıyan küçə olacaq
06:32 8 May 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Kaliforniya ştatının Los-Anceles şəhərində Amerika Birləşmiş Ştatlarının ilk qaradərili Prezidenti Barak Obamanın şərəfinə "Rodeo Road" küçəsinin adı "Obama Boulevard" olaraq dəyişdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhər administrasiyasının məlumatına görə, 6,5 kilometr uzunluqda olan bu küçənin seçilməsi təsadüf deyil. 2007-ci il fevralın 20-də Obama özünün seçiciləri ilə ilk görüşünü məhz burada yerləşən "Rancho Cienega Park"da keçirib. Küçə, həmçinin afroamerikalıların yığcam yaşadıqları rayondan da keçir. Küçənin adı dəyişdirildikdən sonra şəhər şurasının prezidenti Gerb Vesson özünün "Twitter" səhifəsində qeyd edib ki, bu küçədən keçən və ilk qaradərili prezidentin adını görən hər bir uşaq həyatda mümkün olmayan heç bir şeyin olmadığını anlayacaq. Los-Anceles meri Erik Qarsetti də, öz növbəsində, "Twitter" hesabında bu sözləri yazıb: "Biz şadıq ki, şəhərin yerli sakinləri və qonaqları Los-Ancelesdə gəzərkən Prezident Barak Obamanın irsini daim xatırlayacaqlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/752985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR