Türkiyə peyğəmbərin müdafiəsinə qalxdı

Türkiyə peyğəmbərin müdafiəsinə qalxdı
12:41 15 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

"Həzrəti Peyğəmbərə qarşı təhqirə icazə vermərik".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu Brüssel səfəri öncəsi mətbuata açıqlamasında deyib.

O bildirib ki, dünyanın harasında olursa olsun, hansı səbəblə edilirsə edilsin terror hücumlarına qarşıyıq:

"Ancaq, peyğəmbərin təhqir edilməsinə icazə vermərik, bu çox açıq və dəqiq münasibətdir. Hər kəs bunu belə bilməlidir. Mətbuat azadlığı təhqir etmə azadlığı demək deyil. Hələ bu, bizim şəxsiyyətimizdən, kişiliyimizdən çox daha böyük məna daşıyan və aləmlərə rəhmət olan bir Peyğəmbərə, şəxsiyyətə istiqamətli bir təhqir isə, bu, qətiyyən mətbuat azadlığı deyil. Şəxsinə gələ biləcək bir təhqiri belə səbirlə qarşılayan insanların Həzrəti Peyğəmbərə bir təhqir olduğunda bunu, o ölçüdə qarşılamayacağı açıqdır. Hal beləykən, Türkiyədə bu həssaslıq varkən, bəziləri Həzrəti Peyğəmbərə qarşı təhqir ehtiva edən bir karikaturanı yayımlayırsa, deməli burada bir təhrik var".
 
Baş nazir bildirib ki, əgər belə bir təhrik varsa, ortaya çıxa biləcək hər cür təhlükəsizlik problemini qarşısını almaq üçün tədbir alınacaq. Davudoğlu İsraili hədəf alaraq sərt açıqlamalar da verib. O Netanyahunun günahkar olduğunu qeyd edib:

"Parisdə qırğın edən terrorçular nə qədər cinayət işləyibsə, Qəzzada çimərlikdə oynayan uşaqları qətl edən, minlərlə evi yox edən və Türkiyənin humanitar yardım daşıyan gəmisinə hücum edib vətəndaşlarımızı qətl edən bir hökumətin başçısı olaraq Netenyahu da Paris qırğınını törədən terrorçular kimi insanlıq günahı işləyib. O, bundan qaça bilməz".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR