"Qarabağ"ın braziliyalı qapıçısı: "Hər şey təsəvvür etdiyim kimi oldu"

"Qarabağ"ın braziliyalı qapıçısı: "Hər şey təsəvvür etdiyim kimi oldu"
09:37 8 May 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

"Çox xoşbəxtəm. Burada ilk titulumu qazandım. Ümidvaram ki, bu, hələ başlanğıcdır".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Vaqner da Silva Azərbaycan Premyer Liqasının qalibi olmaları ilə əlaqədar təəssüratlarını "Terra" nəşrinə bölüşərkən deyib. 33 yaşlı qolkiper bildirib ki, çempionluq ilk gündən görülən işlərin bəhrəsi olub: "Bura komandaya kömək etməyə hazır vəziyyətdə gəlmişdim. Sevindirici haldır ki, hər şey təsəvvür etdiyim kimi oldu. İlk gündən hədəfimiz qatıldığımız bütün yarışlarda güclü olmaqdan ibarət idi. Xoşbəxtlikdən, mükafat əldə etdik. Bu titul ilk gündən başlanan işimizin bəhrəsidir". 
Braziliyalı oyunçu Azərbaycana çox tez uyğunlaşdığını da diqqətə çatdırıb: "Bura başqa ölkədir. Yeni mədəniyyətə açıq olmağınız lazımdır. Şəhər mənim və ailəmin xoşuna gəlir. Burada sakit və çox yaxşı yaşamaq olar. Bilik və yeni mədəniyyətə uyğunlaşma futbolçu həyatının bir hissəsidir. Xoşbəxtlikdən, bu, məndə alındı". 
Qeyd edək ki, Vaqner "Qarabağ"da 6 iyul 2018-ci ildən forma geyinir. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/vaqner-cempionluq-ve-baki-teessuratlarini-bolusdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR