"Bunu iddia edənlər qələt edirlər” - Etibar Məmmədov Əli İnsanov barəsində

"Bunu iddia edənlər qələt edirlər” - Etibar Məmmədov Əli İnsanov barəsində
09:44 8 May 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

 
 
“Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”.
 
 
Lent.az Modern.az-a istinadən bildirir ki, bunu Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov söyləyib. O qeyd edib ki, sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanova əks və ya onun tərəfində deyil:
 
 
“O kim, mən kim... Nəyə görə kimisə müdafiə etməliyəm, kiminsə tərəfində ya da əleyhinə olmalıyam? Hərənin öz hüququ, öz məntiqi var. Kim nə istəyir, danışa bilər. Öz danışdıqlarına da hər kəs özü cavabdeh olmalıdır”.
 
 
Etibar Məmmədov Əli İnsanovun mübahisəli çıxışlarına isə qiymət vermək istəməyib:
 
 
“Onun çıxışları ilə bağlı da heç bir fikrim yoxdur. Kimin haqqında danışıbsa, onlar cavab versin. O yaşı 70-i keçmiş adamdır. Vaxtilə nazir işləyib, həbsdə yatıb. Nə danışırsa, məlumdur ki, özü öz sözlərinə cavabdeh olmalıdır. Nəyisə hesablayıb, danışırsa, özü cavabdeh olmalıdır. Mən niyə onun çıxışlarına qiymət verməliyəm? Mənə artıq yerə bu cür suallar verirsiniz”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR