NATO-nun heyəti Türkiyədə

NATO-nun heyəti Türkiyədə
10:12 8 May 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ilə bilikdə ölkənin ən qaynar yerlərindən biri olan Hatay bölgəsinə gedib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, NATO-nun baş katibinin rəhbərliyi ilə səfər etmiş Alyansın heyəti valilikdə, Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) regional idarəsində olub.

Toplantıda "Türkiyənin timsalında bölgədəki təhdidlər", "Türkiyənin qarşılaşdığı qaçqınlar problemi", həmçinin "Zeytun budağı" və "Fərat qalxanı" antiterror əməliyyatından sonra vətəndaşların öz yurdlarına qayıdışı mövzusunda məsələlər müzakirə edilib.

Qeyd edək ki, Hatay terrorçu qruplaşmaların ən çox hücumuna məruz qaldığı bölgələrdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/753187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR