Ucarda məktəblini maşın vurdu

Ucarda məktəblini maşın vurdu
12:04 8 May 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Ucarda azyaşlını maşın vurub.
 
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün şəhərin H.Əliyev prospektində qeydə alınıb. Ucar rayon sakini Nəriman İsgəndər oğlu İsgəndərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçən 10 yaşlı Turan Ariz qızı Tağıyevanı vurub. Xəsarət alan T.Tağıyeva ilkin olaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Qeyd edək ki, T.Tağıyeva Ucar rayon 2 saylı orta məktəbin şagirdidir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR