PSJ-də xaos - "Sən kimsən ki, mənimlə danışasan?!"

PSJ-də xaos - "Sən kimsən ki, mənimlə danışasan?!"
12:17 8 May 2019
105 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-də komandadaxili xaos davam edir. Baş məşqçi Tomas Tuxellə futbolçular arasında məlum qalmaqaldan sonra bu dəfə yenə Neymar diqqət mərkəzinə düşüb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun "Monpelye"yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra paltardəyişmə otağında Yulian Drakslerlə mübahisə etdiyi məlum olub. Məğlubiyyəti həzm edə bilməyən Neymar almaniyalı yarımmüdafiəçiyə "Sən kimsən ki, mənimlə danışasan?! Sən ancaq geri pas atmağı bilirsən" deyib.
 
Yalnız Tuxel və klub rəsmilərinin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
 
Qeyd edək ki, Neymar bir neçə gün əvvəl kubokun finalında "Renn"ə məğlub olduqdan sonra azarkeşlə mübahisə etmiş və onu vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/753226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR