Pərviz Şahbazov Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları şərh edib

Energetika naziri Pərviz Şahbazov Amerikanın İrana qarşı tətbiq etdiyi və may ayında qüvvəyə minən sanksiyaların neftin qiymətinə necə təsir edə biləcəyini şərh edib.

Metbuat.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sözsüz ki, qəbul edilən sanksiyalar, bir sıra ölkələrin artıq İrandan nəzərdə tutulan neft həcmlərini almaması neft bazarında neftin rezervlərinin azalmasına gətirib çıxaracaq: "Bunun ümumi prosesə nə cür təsir edəcəyini demək bir az çətindir. Ona görə ki, ümumilikdə biz, bu gün dünya iqtisadiyyatının 3,6 faizdən 3,1 faizə qədər azalmasını müşahidə edirik. Bundan başqa İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrin rezervləri az da olsa qalxmaqdadır. Bunlar da faktorlardır və bunları da nəzərə almaq lazımdır. Ümumi danışsaq, düşünürəm ki, hazırda hər hansı bir radikal təsir göstərməlidir. Bunu isə zaman göstərəcək".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR