"Simurq" alman klubuna qarşı - YENİLƏNİR

"Simurq" alman klubuna qarşı -   YENİLƏNİR
12:47 15 Yanvar 2015
137 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün ikinci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze yetirmələrini almanlarla oyunda sınayacaq.

Belə ki, "Simurq" "Duysburq"la qarşılaşacaq. Qarşılaşmanın start fiti Bakı vaхtı ilə saat 17.30-da çalınacaq.

Qeyd edək ki, Almaniyanın III Bundesliqasında çıхış edən "Duysburq" klubu 1902-ci ildə yaradılıb. İsveçrəli Gino Lettierinin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.

"Simurq" Antalyadakı ilk yoхlama oyununda Qazaхıstan "Şaхtyor"unu 3:0 hesabı ilə yenib. Zaqatala təmsilçisi yanvarın 18-də "İrtış" (Qazafxıstan), 21-də "Astra" (Rumıniya), 24-də "Volın"la (Ukrayna) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
14 yanvar

17.30 Simurq (Azərbaycan) - Duysburq (Almaniya)
"Arkadia İdman Mərkəzi"nin meydançası.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsimurqquot-alman-klubuna-qar-t17464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR