Azərbaycanın mikromaliyyə sektoru ötən ili 13 milyon manat xalis zərərlə başa vurub

Azərbaycanın mikromaliyyə sektoru ötən ili 13 milyon manat xalis zərərlə başa vurub
15:47 8 May 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən BOKT-ların və kredit ittifaqlarının cəmi aktivləri bu il yanvarın 1-nə 267,8 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17% azdır.
Mikromaliyyə qurumlarının aktivlərinin 187,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2018-ci ildə sektorun kredit portfeli 17,7% kiçilib.
Hesabat dövründə BOKT-ların və kredit ittifaqlarının cəmi öhdəlikləri 22,6% azalaraq 179,5 milyon manata, cəmi kapitalı isə 2,4% azalaraq 88,3 milyon manata düşüb.
2018-ci ildə mikromaliyyə sektonun faiz gəlirləri 49,1 milyon manat (2017-ci ilə nisbətən 16,5% az), faiz xərcləri 12,5 milyon manat (42,1% az), qeyri-faiz gəlirləri 8,2 milyon manat (80,2% az), qeyri-faiz xərcləri 37,7 milyon manat (29,3% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 20,1 milyon manat (2,3 dəfə çox), digər gəlirləri 2,3 milyon manat (əvvəlki ilə xərc olub), mənfəət vergisi ödəmələri isə 2,4 milyon manat (70% az) təşkil edib.
Son nəticədə sektor ötən ili 13,1 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar və kredit ittifaqları əvvəlki ildən 8,4 milyon manat xalis mənfəətlə çıxmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-mikromaliyye-sektoru-oten-ili-13-milyon-manat-xalis-zererle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR