“Geyinə bilmirəm, utanıram” - Transparan geyimdə efirə çıxan əməkdar artist - VİDEO - FOTO

“Geyinə bilmirəm, utanıram” - Transparan geyimdə efirə çıxan əməkdar artist - VİDEO - FOTO
16:22 8 May 2019
67 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi əməkdar artist Cavanşir Məmmədov olub.

Milli.Az bildirir ki, əməkdar artist müğənni üçün zövqlü geyinməyin şərt olduğunu deyib:

"Müğənni xalqı təmsil edən sənətkardır. Bir dəfə nəvəmlə bulvara getdim. Altına mayka üstünə isə setka kimi köynək geyinmişdim. Sovet dövründə neylon köynəklər var idi, indi də var".

Cavanşir Məmmədov özünü estrada müğənniləri ilə də müqayisə edib:

"Estrada müğənnilərinin sinəsi açıq, qolunun, qıçının tükü, hər yeri görünür, heç nə demirlər. Cavanşir Məmmədov rahat geyinə bilməz? Estrada müğənnisi adamdı, biz adam deyilik? Mən o geyimi geyinə bilmirəm, untanıram! Amma gəzməyə gedəndə rahat geyinməliyəm axı. Mən adam deyiləm? Demək biz nə dənizdə, nə hovuzda çimə bilmərik? Biz hər yerdə bağlı olmalıyıq ki, nə var - nə var, xalq musiqisi oxuyuruq? Mənim özüm onların hamısından qiymətli şəxsiyyətəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/753300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR