“Sumqayıt” klubu ötən ili 1 milyon manatdan çox zərərlə başa vurub

“Sumqayıt” klubu ötən ili 1 milyon manatdan çox zərərlə başa vurub
17:37 8 May 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

“Sumqayıt Futbol Klubu” MMC 2018-ci ili 1,149 milyon manat zərərlə başa vurub. 
“Report”un məlumatına görə, klubun açıqladığı maliyyə hesabatında gəlirlərin 1,527 milyon manat, xərclərin isə 2,676 milyon manat təşkil etdiyi bildirilir. 
Reklamdan və sponsorlardan gəlir 401 min manat, UEFA-dan pul mükafatı 954 min manat, kommersiya gəliri isə 172 min manat təşkil edib. 
Gənclər klubunun inkişafına çəkilən xərclər 336 min manat, digər xərclər isə 2,34 milyon manat olub. 
Bu il yanvarın 1-nə “Sumqayıt Futbol Klubu”nun aktivləri 554 min manat təşkil edib. Klub 11,104 milyon manatlıq öhdəliklərə və 10,55 milyon manatlıq kapital çatışmazlığına malik olub.
Qeyd edək ki, hesabatda transfer gəlirləri və xərcləri göstərilməyib. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-klubu-oten-ili-zererle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR