BNA dumanlı hava ilə bağlı sürücü və piyadalara müraciət edib

BNA dumanlı hava ilə bağlı sürücü və piyadalara müraciət edib
17:39 8 May 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan güclü dumanla bağlı sürücü və piyadalara müraciət edib.
 
BNA-dan ONA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almaq, ara məsafəsini normadan artıq saxlamaq və yol nişanlarının tələblərinə riayət etmək tövsiyə olunur: "BNA piyadalardan xahiş edir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR