Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edildi

Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edildi
17:52 8 May 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi (BNA) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

BNA-dan Milli.Az-a verilən məlumata görə, Agentlik Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.

Həmçinin piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/753358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR