ABŞ-dan İrana növbəti zərbə - Tramp imzaladı

ABŞ-dan İrana növbəti zərbə - Tramp imzaladı
23:28 8 May 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan fərmanı imzalayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, fərmana əsasən, ABŞ-ın yeni sanksiyaları dəmir, alüminium və mis istehsalına toxunacaq.

Sanksiyalar ölkə daxilindəki istehsalçılarla yanaşı, metallarla ticarət edən sahibkarlara qarşı yönəlib. Həmçinin göstərilən metalların hasilatı və istehsalı üçün lazım olan məhsul və avadanlıqların İrana göndərilməsi qadağan edilir.

Sanksiyaların məqsəd nüvə silahı proqramına maneə olmaqdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/278136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR