Sabirabadda maşın kanala düşüb, bir ailənin iki üzvü suda boğulub

Sabirabadda maşın kanala düşüb, bir ailənin iki üzvü suda boğulub
23:47 8 May 2019
133 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Surra-Padarçöl kəndləri ərazisindən keçən hissədə baş verib.
İlkin məlumata görə, Şamaxı rayon dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb. Nəticədə bir ailənin 2 üzvü - Şamaxının Göylər kənd sakini, 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu, 1980-cı il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu suda boğularaq ölüb. Şamaxının Göylər kənd sakini, 1965-ci il təvəllüdlü Nuhiyeva Atlas Lələ qızı isə xəsarət alıb.
Ölənlərin meyitləri FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan qadın isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aprılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-masin-kanala-dusub-bir-ailenin-iki-uzvu-suda-bogulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR