Bakıda maşın 3 piyadanı vurub, biri ölüb

Bakıda maşın 3 piyadanı vurub, biri ölüb
01:42 9 May 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, sürücü Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə Baş Dövlət Yol Polisi İdarəsi yaxınlığında yolu keçmək istəyən 3 piyadanı vurub.
Xəsarəti nisbətən yüngül olan iki yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olan 1992-ci təvəllüdlü digər yaralı Çobanov Rüfət Mehman oğlu Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-masin-3-piyadani-vurub-biri-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR