Ülviyyə Rəhmanova fərqli obrazlarda - fotolar

Ülviyyə Rəhmanova fərqli obrazlarda -  fotolar
12:51 15 Yanvar 2015
527 Şou
Ölkə mətbuatı
A- A+

“NARGIS” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova jurnalın yeni sayında “Stil ikonası” rubrikasının qonağı olub.

Axşam.az-ın "buro247.az"a istinadən xəbərinə görə, o, jurnala müsahibəsində həyatının ən maraqlı anları, seçimləri və hisləri barədə danışıb.




"Tez-tez dəyişmək həmişə yaxşı və maraqlıdır, bir şərtlə ki, sonda özünə qayıdasan...".

"Evimdə uşaq qışqırtısı və iki itin hürməsinə baxmayaraq, həmişə isti və sakitlikdir. Mən qonaqpərvər adamam, stol üzərində şamların olmasını və balaca köməkçim Ariflə birlikdə hazırlanmış şeyləri sevirəm. Mən məhz evdə çox şeyi dərk edir, gün ərzində düşündüyüm suallara cavab tapıram. Sevgi olan yerdə həmişə həqiqəti tapmaq mümkündür. Həqiqəti dərk etməyimə öz qalamın doğma divarları kömək edir...".

"Qızların ən yaxşı dostları brilyantlardır" - bu sözləri Merilin Monro deyirdi. Ancaq mən hesab edirəm ki, insanın ən yaxın dostu onu həm zəngin dövründə, həm də kasıblıqda sevəcək, heç nəyə baxmayaraq, sadiq qalacaq itlərdir. Mən güzgü ilə də dostluq edirəm. Uşaqlığımın sevimli aktyoru Çarli Çaplinin dediyi kimi "güzgü - mənim yaxın dostumdur, çünki mən ağlayanda, o heç vaxt gülmür".



"Merilin gözəllik etalonu olsa da, ekspertlərin rəyinə görə, heç də ideal formalara sahib deyildi. Amma onda xüsusi cazibə, şarm var idi. Onun sadə üzü milyonlarla gözü cəlb edirdi və sanki işıq saçırdı. Bu ulduzun rolunu oynamaq təklifi alsaydım, düşünmədən bir neçə saatlığa Merilin olmağa razılıq verərdim...".



"Yeməyi çox sevsəm də, boş mədə ilə daha yaxşı yatmaq olur: birincisi, vicdan əzabı olmur, ikincisi, günün sonuna orqanizmi enerji ilə təchiz etmək heç də yaxşı deyil. Ancaq mən hava qaraldıqdan sonra kofe içməyi, gözəl şeylər barədə düşünməyi daha çox sevirəm. Xüsusilə də çöldə yağış və ya sakit qar yağanda...".



"Cavanlıq - yaş məsələsi deyil, ruhi vəziyyətdir. Sizi dəstəkləyən, sirrli, cəsur, şən və azad olmaq imkanı verən insanlarla özünüzü əhatə edin. Kiminsə sizi mühakimə etməsinə imkan verməyin!".





"Rəqs etməyi uşaqlıqdan sevirəm. Evdə lambada və "Gipsy Kings" qrupunun musiqilərinin sədaları altında tez-tez rəqs edirdim. Sanki məndə anadagəlmə ritm hissi var və buna görə də rəqslər məndə asan alınırdı. Rəqs mənim üçün rahatlamaq üsullarından biridir. Fiziki gərginlik və ya stressdən sonra rəqs edərək, ruhən, cismən istirahət edirəm".



"Lyuk Bessonun filmlərini sevirəm. Xüsusilə də "Leon"u. Sevimli personajlarımdan biri Matildadır. O kövrəkdir, yanlışlara yol verir, ancaq güclüdür və ən əsası, insanidir. Çünki heç nəyə baxmayaraq, o, xeyirxahlığını və yenidən sevmək qabiliyyətini itirməyib".



"İşdə həmişə göstərdiyimdən daha çox şey bilirəm. Bəzən qarşı tərəf səni anlamadıqda özündən çıxmaq, hiddətini göstərmək istəyirsən. Ancaq özümü vaxtında ələ alıram. Nəzakətli və sakit şəkildə xəbərdarlıq etmək, məsələni yoluna qoymaq səsini ucaldaraq hər şeyi olduğu kimi saxlamaqdan daha yaxşıdır".

"Şərq mədəniyyətini, geyimini, rəqslərini, fəlsəfəsini və ən əsası Şərq şirniyyatlarını çox sevirəm!"

"Həqiqəti təkcə gözlərlə deyil, həm də dilinizlə deyin. Ancaq o zaman orijinal olacaqsınız".



"Uşaq vaxtı balkona çıxmaqdan qorxurdum. Qorxurdum yıxılaram. Anam deyirdi ki, yer hər şeyi maqnit kimi özünə çəkir. Zamanla təyyarələrdən də qorxmağa başladım. Ancaq etiraf edim ki, son il ərzində bu fobiyanın öhdəsindən gələ bilmişəm. Başa düşdüm ki, daxili qorxu həyatdan bütövlüklə zövq almağa mane olur. Əgər hələ də nədənsə qorxuramsa, bu ancaq sevdiyim və mənə doğma olan adamlarla bağlıdır. İstəyirəm ki, nağıldakı kimi, onlarda hər şey yaxşı olsun".



"İnsanı saxlamaq asan deyil, xüsusilə də əgər ona özü ilə qalmaq daha rahatdırsa. Bu, ancaq sevginin köməyi ilə mümkündür. Zaman itirməyin, oyun oynamayın və sizi kiminsə incidəcəyindən qorxmayın. Səmimi olun, hislərinizi gizlətməyin. O zaman sevdiyiniz insan çətin ki, sizsiz bir yolu seçsin".









Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR