Tanınmış aparıcı bu yoldakı sıxlıqdan şikayət etdi / FOTO

Space TV-də yayımlanan "Gəl dərdini danış" verilişinin aparıcısı Amil Xəlil Biləcəridən "Şamaxinka" deyilən əraziyə tərəfə gələn dairəvi yolda yaranan sıxlıqdan şikayət edib.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə status yazıb.

Aparıcı statusunda deyib: "Deməli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürətlə və müasir yollar çəkir və davam da edir. Amma xahiş edirəm bu əraziyə diqqət yetirin. Səhər, günorta, axşam bu avtovağzal dairəsi belədir. Səbəb çoxdur. Bir səbəb də dairənin qeyri-adi uzadılmasıdır. Bu məsələni xahiş edirik həll edin. Başda da, dostumuz, qardaşımız Anar Nəcəflidən bu məsələni aidiyyatı üzrə araşdırmasını və həllini xahiş edirəm. Nəqliyyat agentliyinin mətbuat xidməti onsuz da suallarımı həmişəki kimi cavablandırmayacaq, çünki tərif deyil. Amma bilirəm ki, Sizlər nəsə edərsiz.. Biləcəridən və Şamaxinkadan dairə tərəfə gələn yolda sıxlıq hər zaman olur. Biriləri də, o Nəqliyyat Agentinə də çatdırsın ki, Biləcəridən avtovağzala çıxan yola elə tənzimləyici nişan qoysunlar ki, (məs: daimə sağ hərəkət) daima gələndə sağ yolla maneəsiz avtovağzal istiqamətinə avtomobillər hərəkət etsin. Tıxac da xeyli azalsın. Bir sözlə neçə gündür biz bu ərazidə çətinlik çəkirik, çox...
P.S: foto tam fərqli yerdən çəkilib..."

Günay İlqarqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR