Bakıda evakuator sürücülərindən daha bir iyrənc əməl - VİDEO

Bakıda evakuator sürücülərindən daha bir iyrənc əməl - VİDEO
12:57 15 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

Bilərəkdən yolun hərəkət hissəsində dayanan evakuator maşınları tıxac yaradıblar
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu videonu oxucu göndərib. O bildirib ki, bu kadrlar "Dərnəgül yolu"nda çəkilib. Daha dəqiq desək, bura "Elite" ticarət mərkəzinin qarşısıdır. Video isə yanvarın 12-də, axşam saatlarında çəkilsə də, eyni mənzərə hər gün yaşanır. Videodan görünür ki, evakuator sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolda tıxac yaradırlar. Evakuatorların qarşısında isə iki "KamAZ" dayanıb ki, onlardan da biri xarab olub.

Oxucu yazır: "Demək olar ki, hər gün evakuatorlar bu vəziyyətdə həmin istiqamətdə yolu tuturlar. Onlar yolun iki zolağını zəbt edirlər, nəticədə 4-zolaqlı yol 2-zolaqlıya çevirilir və tıxac yaranır.

Mən sürücü deyiləm. Amma belə şeyləri görəndə əsəbləşirəm. Yəni, insan bu qədərmi düşüncəsiz olar. Polisləri, müfəttişləri qınayırıq. Amma belə sürücülərə qarşı nə etsələr də, düzəlmirlər ki, düzəlmirlər".

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR