Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi keçirilib
12:58 15 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yanvarın 15-də Türkiyədə dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Trend-in "TRT-Haber" kanalına istinadən verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Prezidenti Türkiyə əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR