"The National Interest": Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

"The National Interest": Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır
12:58 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Aygün Bədəlova/

Azərbaycan iri və etibarlı qaz təchizatçısıdır. Ölkə tezliklə Avropanın da qaz təchizatçısı olacaq. Bu barədə Amerikanın nüfuzlu "The National Interest" jurnalının saytında Avrasiya enerji bazarına və onun rəqabətqabiliyyətliliyinə həsr edilmiş məqalədə deyilir.

Məqalənin müəllifləri ABŞ-ın Qazaxıstan və Gürcüstandakı sabiq səfiri Uilyam Kortni, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və bu ölkənin Belarus və Gürcüstandakı sabiq səfiri Kenent Yalovitsdir.

Materialda Avrasiyanın nəhəng karbohidrogen ehtiyatlarına malik olduğu qeyd edilir: “Rusiya dünyada ən iri təbii qaz ehtiyatlarına malikdir, kömür ehtiyatlarına görə ikinci və neft ehtiyatlarına görə səkkizinci yerdədir. Rusiya demək olar ki, dünyada qazın beşdə birini hasil edir və Səudiyyə Ərəbistanından sonra ikinci böyük neft ixracatçısıdır. Avropa istehlak etdiyi neft və qazın təxminən üçdə birini Rusiyadan idxal edir”.

Məqalədə bildirilir ki, Azərbaycan karbohidrogenlərlə zəngin Xəzər regionunda iri və etibarlı neft ixracatçısıdır: "Tezliklə Azərbaycan da Avropanın qaz tədarükçüsü olacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR