Hava soyuyacaq

Hava soyuyacaq
13:01 15 Yanvar 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində duman və çiskin olacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci ayrısında arabir güclənəcək.

Temperaturun gecə 1-4, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 16-da rayonlarda gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, Lənkəran-Astara ərazisində yağıntı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=319844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR