Tələbələr pulsuz əməliyyat edildi

Tələbələr pulsuz əməliyyat edildi
13:23 10 May 2019
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pulsuz oftalmoloji əməliyyatlar icra olunub.

Publika.az xəbər verir ki, əməliyyatları ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov icra edib.

Q. İsmayılov tələbələr üçün atılan bu addımın davamlı olacağını bildirib: “Tibb Universitetində təhsil alan müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələri və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ad günü münasibətilə Oftalmologiya şöbəsində pulsuz ekzelmer lazer əməliyyatı icra edirik. Bu gün 26 tələbə üzərində cərrahi əməliyyatlar həyata keçirilib. Əməliyyatlar universitetin rektoru Gəray Gəraybəylinin və mənin dəstəyimlə reallaşır. Bu əməliyyatlar refraksion anomaliyalar, miyapiyalar, mürəkkəb miyapik astiqmatlar və qarışıq astiqmatizm xəstəyliyindən əziyyət çəkən tələbələr üzərində icra olunur”.

Qeyd edək ki, bu, artıq ikinci belə təşəbbüsdür. İlk pulsuz oftalmoloji müayinə aksiyası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/278275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR