“Ölkəmizin inkişafına kölgə salmağa çalışırlar” - Əli Əhmədov

"Bir neçə gün əvvəl bütün dünyanın izlədiyi “Formula 1” yarışına ev sahibliyi etdik və bir neçə gündən sonra UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcək. Bunların Bakıda keçirilməsi təsadüfi deyil".

Metbuat.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov vurğulayıb ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib: "Dünyanın ən möhtəşəm idman tədbirləri Bakı şəhərində keçirilir. Əgər Azərbaycanın paytaxtı və bütövlükdə ölkəmiz inkişaf etməsəydi, dəyişməsəydi, infrastruktur olmasaydı, belə tədbirlərin harada keçirilməsi sualı ortaya çıxanda Bakı şəhəri heç kimin yadına düşməzdi. Azərbaycanda bəzi azsaylı qüvvələr var ki, ölkəmizin inkişafına böhtan atır, yalanla, iftira ilə ölkəmizin inkişafına kölgə salmağa çalışırlar. Lakin Azərbaycan vətəndaşları bu cür cəhdlərə inanmır. Çünki insanın öz gözü ilə gördüyünü nə qədər təhrif etməyə çalışsan da, bunun bir nəticəsi olmayacaq. Azərbaycan gözlərimizin önündə ən azı son 15 ildə nə qədər dəyişib. Azərbaycan və paytaxt Bakı bu gün dünyanın diqqət mərkəzindədir. Dünyanın aparıcı televiziya kanalları ölkəmiz haqqında tez-tez süjetlər verirlər. Bu gün insanların da həyatı və düşüncələri dəyişir. Ölkəmiz müasirləşdikcə insanlarımız da müasirləşir. Bütün bunların fonunda kimlərinsə Azərbaycanın reallıqlarını təhrif etməyə çalışması, böhtan atması bir vətəndaş olaraq hamımızın qəlbini incidir”.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR