Bəhram Bağırzadə: "Heç kim məndən inciməsin"

Bəhram Bağırzadə: "Heç kim məndən inciməsin"
13:22 15 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

Aktyor Bəhram Bağırzadə yaradıcılıq yeniliklərindən danışıb.

"Qafqazinfo"ya açıqlamasında aktyor filmə çəkildiyini bildirib:

“Filmə çəkilirəm, ciddi obraz canlandıracam. Lakin bu haqda geniş açıqlama verə bilmərəm. “Bakının memarlığı - XXI əsr” adlı kitab yazıram, mayda işıq üzü görəcək. Yumoristik verilişlərə, filmlərə baxmıram. Heç kim məndən inciməsin, istəyim yoxdur. Prodüseri olduğum “Ümid” filmi beynəlxalq konkursda birinci yer tutdu, tək amalım Azərbaycanı xarici ölkələrdə tanıtmaqdır. Aprelin 25-26-sı Heydər Əliyev Sarayında “KVN Parni iz Baku”nun tamaşası olacaq. Hər kəsi dəvət edirik”.

Aktyor siyasətlə maraqlansa da, izləmədiyini qeyd edib:

“Siyasətlə maraqlansam da, siyasətlə məşğul olmaq fikrim yoxdur. Ən böyük siyasətim yaradıcılığımdır. Deyirlər ki, siyasəti izləməsən, siyasət səni izləyəcək. Gələcəkdə çəkəcəyim filmlərdə siyasi kadrlara yer verə bilərəm”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR