FHN atı xilas etdi (VİDEO)

FHN atı xilas etdi (VİDEO)
13:36 15 Yanvar 2015
139 Sosial
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda su quyusuna düşən at xilas edilib.

ANS TV-nin məlumatına görə, FHN-nin əməkdaşları Binəqədi rayonu ərazisində qeyri-adi xilasetmə əmliyyatı həyata keçiriblər. Nazirliyin qaynar xəttinə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asif Zeynallı küçəsi, döngə 1 ünvanında atın su quyusuna at düşməsi barədə məlumat daxil olub. Quyuya düşən at bir müddət burda köməksiz vəziyyətdə qalıb. Daha sonra atı sakinlər öz imkanları daxilində xilas etməyə çalışsalar da buna nail ola bilməyiblər. Hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Ərazidə əməliyyat şəraiti qiymətləndirilib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə atı quyudan çıxararaq sahibinə təhvil veriblər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=319854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR