Erməni kəndləri boşalır - VİDEO

Erməni kəndləri boşalır - VİDEO
13:37 15 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

TTV (Region TV) xəbər verir ki, kadrlarda gördüyünüz bu evlər erməni kəndindədir. Sakitlikdir, hərəkət görünmür. Qışın bu soyuğunda əksər evlərin damından tüstü çıxmır...

Son vaxtlar öz hərbçilərinin səriştəsizliyinin dəfələrlə şahidi olublar. Onlar bilirlər ki, Ermənistan ordusu atdığı hər güllənin ağır cavabına artıq öyrəşib. Bu şəraitdə yaşamağa alışmaq isə hər halda çətindir. Burada daha çox müşahidə aparan hərbçilərimiz deyirlər ki, son vaxtlar bu erməni kəndlərində adam azalır. Bir sözlə, ordusuna güvənməyən əhali köçür.

Bura isə bizim kənddir - Qazağın Quşçu Ayrım kəndi. Kadrlar hər şeyi deyir...

Hamı öz işindədir. Əkinçilikdə, maldarlıqda, bir sözlə, kəndliyə aid işlərdə.  Buranı ötən gün yenə erməni silahlıları iriçaplı silahlardan atəşə tutublar. Evlərin damı zədələnib. Sakinlər deyirlər ki, belə ziyanlar heç vaxt onları məyus eləmir. Çünki əmindirlər ki, evlərinə dəyən hər bir ziyanın azı 10 qatı elə həmin an düşmənə yaşadılır.

Bu rahatlığın, arxayınlığın isə əsas səbəbi Azərbaycan əsgəridir. Bir neçə metr qarşıda onu qoruyan Azərbaycan əsgəri...

Beləliklə, real vəziyyət budur - bu, bacasından tüstü çıxmayan - həyat izi olmayan erməni kəndi. Bu isə bizim kənd.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR