Sumqayltdakı dəhşətli yanğınla bağlı xəbər var

Sumqayltdakı dəhşətli yanğınla bağlı xəbər var
13:46 15 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda baş verən dəhşətli yanğında zərər çəkənlərin adları açıqlanıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində Teymur Bağırovun yaşadığı evdə yanğın baş verib.

Hadisə yanvarın 14-də saat 12 radələrində qeydə alınıb. Nəticədə 100 kvm. sahədə ev əşyaları yanıb, yanıq xəsarəti almış T.Bağırovun azyaşlı nəvəsi Elşən Bağırov və qonşusu Bəhlul İsmayılov xəstəxanaya yerləşdiriliblər.

Yanğın söndürüldükdən sonra T.Bağırovun qızı - Tovuz rayon sakini Ülviyyə Bağırovanın yanmış meyiti tapııb.

Araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR