Metroda sərnişin sıxlığı yaranıb: Qatarlar gecikir? - SƏBƏB

Son 2 gündür "Neftçilər", "Koroğlu", "28 May" metrostansiyalarda sıxlıq müşahidə olunur. Qatarların intervalında gecikmələr olur.

Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında baş verən sıxlığın sərnişinlərdən qaynaqlandığını bildirib:

"Bir az sıxlıq olan kimi sərnişinlərin özündə də tələskənlik olur. 2 gündür mən də sıxlıq müşahidə edirəm. Bir az səbrli olmaq lazımdır. Əsasən, "Koroğlu", "28 May" stansiyalarında sıxlıq hiss olunur. Bu da qatarların ləngiməsinə müəyyən təsirini göstərir. Qatarların vəziyyətində hər hansı problemlər yoxdur".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR