"İlk “DOST” mərkəzində 126 növdə sosial yönümlü xidmət təqdim edilib": Sahil Babayev

"Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və ilk “DOST” mərkəzi, 126 növdə sosial yönümlü xidmətin “bir pəncərə”dən, tam şəffaf və operativ, nəzakətlilik və son nəticədə vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilib".

Metbuat.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumundakı çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, “DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlər aparılır:

"Ümumilikdə bütün ölkəni əhatə edəcək 31 "DOST" mərkəzi yaradılacaq. Bu il Bakı da daxil olmaqla 3 mərkəz açılacaq".

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində 18 altsistemin yaradıldığını deyən S.Babayev “E-sosial” internet portalı, “Məşğulluq” altsistemi, cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi haqqında məlumat verib. Nazir artıq on min nəfərə elektron qaydada pensiya təyin olunduğunu, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramının artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verdiyini deyib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR