"Vətəndaşın əlilik dərəcəsi onun xəstəliyinə uyğun müəyyənləşdiriləcək": Sahil Babayev

"Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq".

Metbuat.az-ın məlumatına görə, bunu mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Nazirin sözlərinə görə, bu günə qədər Sovet İttifaqı dövründən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcuddur: "Bu meyarlar beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin də 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçüləcək və onun əlilik dərəcəsi müəyyən ediləcək. Bu kriteriyalar həm Səhiyyə Nazirliyinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR