Azərbaycanda Diş Əti Sağlamlığı Günü qeyd olunub - FOTOLAR

Mayın 12-də Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Sağlam diş əti ilə gözəl təbəssüm” şüarı altında Diş Əti Sağlamlığı Günü qeyd olunub.

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bu beynəlxalq sosial marifləndirmə günü Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə Federasiyaya üzv olan 37 ölkənin Parodontologiya Cəmiyyətləri tərəfindən birgə keçirilib.

Azərbaycanda artıq 3 ildir qeyd olunan bu günün məqsədi insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirməklə yanaşı hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri arasındakı əlaqələrinin əhəmiyyətini ön plana çıxararaq gündəmə gətirməkdən ibarətdir.

Həmin günə aid təsirli bəyanatların verilməsi ilə yanaşı Azərbaycan Tibb Universitetində və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda seminarların, qocalar evi ziyarəti və onların maarifləndirməsi, klinikalarda ödənişsiz diş əti müayinə günləri və Azərbaycan dilində məlumatlandırma bukletlərinin paylanması ilə yanaşı bu kimi məlumatların İctimai Birliyin saytında və sosial şəbəkələrdə yayımı kimi bir çox müxtəlif tədbirlər həyata keçirilib.

Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə təhsil alan tələbələri və rezidentləri üçün Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının sədri, terapevtik stomatologiya kafedrasinın dosenti, tibb elmləri doktoru Ramiz Əhmədbəyli və Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, ortopedik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədov tərəfindən “Parodont xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda seminarlar keçirilib.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və Üz-Çənə Cərrahiyyəsi kafedrasında ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlar Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli və Azərbaycan Parodontologıya Cəmiyyətinin vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru Rəhim Qarayev tərəfindən “Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları” mövzusunda məruzələr oxunub.

Ölkəmizin müxtəlif şəhərlərində yerləşən stomatololoji klinikalarda həkimlər tərəfindən 150-ə yaxın pasientlərdə ödənişsiz parodontoloji müayinələr aparılıb, diş əti xəstəliklərinin əhəmiyyəti və tövsiyyə olunan müalicə-profilaktika tədbirləri haqqında ətraflı məlumatlar verilib.

Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri tərəfindən, GlaxoSmithKline şirkətinin təşkilatı dəstəyi ilə Bilgəhdə yerləşən qocalar evi (Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi) ziyarət olundu. 250-dən çox təqaüdçüdə ağız boşluğu müayinəsi aparıldı, onlara diş və diş əti sağlamlığının maarifləndirməsi ilə yanaşı şəkərli diabet və ürək-damar xəstəlikləri arasındakı əlaqələr, həmçinin çıxarılan protezdən istifadə edərkən doğru təmizləmə və qulluq haqqında ətraflı məlumatlar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR