Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı

Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.

Metbuat.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində baş verib.

"Azərsu" ASC-dən Trend-ə bildirilib ki, adıçəkilən küçədə 500 mm-lik su borusu partlayıb:

"Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır".

Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıdıqdan sonra suyun verilişi bərpa olunacaq.

SON DƏQİQƏ! Türkiyə Ordusu şəhid verdi - ACI XƏBƏR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR