263 min nəfər kredit kompensasiyası alıb

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 2019-cu il 28 fevral tarixli fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Metbuat.az -a verilən məlumata görə, mayın 13-dək 506 min vətəndaşımıza ödənişlər təmin edilib ki, bu da planın 84 faizinin icra olunduğunu göstərir.

Kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib, 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

Eyni zamanda, Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə başlanılıb. Bundan sonra vətəndaşlar Apellyasiya Komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR