İzzətin leopard stili - FOTO

İzzətin leopard stili - FOTO
18:57 14 May 2019
Ölkə mətbuatı
A- A+

Son zamanlar müğənni İzzət Bağırov imicindəki dəyişiklik etməyə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 15 ildən çoxdur sənətdə olan ifaçı standart tərzindən əl çəkib.

O, artıq varatnik böyük olan köynəklər yerinə, leopard naxışlı və ilan dərisini xatırladan köynəklərlə tədbirlərə qatılır. Ayaqqabı seçiminində də dəyişiklik edən İzzətin istifadə etdiyi dəmir aksesuarlar da diqqət mərkəzindədir.

Buna zəmin yaradan digər detallar isə onun metal başlığı olan kəmərlər, şalvarından asılan zəncirlərdir.

Qeyd edək ki, Bağırov bundan öncə də geyimi ilə gündəmə gəlmişdi. Onun illər əvvəl geyindiyi konstyumla Ledi Qaqanın tədbirlərin birində istifadə etdiyi libas oxşarlıq təşkil etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/754749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR