FİFA və BATE "Qarabağ"ı təbrik etdi

FİFA-nın prezidenti Canni İnfantino beynəlxalq futbol ictimaiyyəti adından "Qarabağ"ı Azərbaycan Premyer Liqasının 2018/2019-ci il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, bununla bağlı o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirib.

Bundan başqa, Belarusun BATE klubu da Ağdam klubunu çempionluq münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Qurban Qurbanovun komandası turniri 66 xalla 1-ci pillədə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR