Serjin ofisi mühasirədə

Serjin ofisi mühasirədə
13:56 15 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə Rusiya hərbi bazasının əsgəri tərəfindən erməni ailəsinin qətlinə etiraz edən nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyanın ofisini mühasirəyə alıblar.

ANS PRESS-in məlumatına görə, etiraz nümayişi keçirən İrəvan sakinləri Gümrü əhalisinə dəstək verdiklərini deyiblər. Onlar həm də rus əsgərinin mühakimə üçün Ermənistana verilməsini tələb edirlər.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR