Bundesliqa klubu erməni hücumçu transfer etdi

Bundesliqa klubu erməni hücumçu transfer etdi
09:22 15 May 2019
83 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Hoffenhaym" klubu hücumçu alıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Yan Reqensburq"un erməni futbolçusu Sarqis Adamyanı transfer edib. "Hofenhaym" bu keçid üçün II Bundesliqa klubuna 1,5 milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Adamyan Almaniyanın "Neubrandenburq" klubunun yetirməsidir. O, peşəkar karyerasına bu ölkənin "Hanza" klubunda başlayıb. Ermənistan millisinin üzvü 2017-ci ildən "Yan Reqensburq"da çıxış edirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/754927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR