Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi açıqlandı

Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi açıqlandı
09:32 15 May 2019
81 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, "Mançester Siti"nin ispaniyalı çalışdırıcısı Pep Qvardiola bütün həmkarlarını qabaqlayıb və qalib olub.

Ən yaxşı baş məşqçi adına Pep Qvardiola ilə yanaşı, Yurgen Klopp ("Liverpul"), Nunu Eşpiritu Santu ("Vulverhempton") və Mauriso Poçettino ("Tottenhem") namizəd idi.

"Mançester Siti" Pep Qvardiolanın rəhbərliyi altında Premyer Liqanı ardıcıl ikinci dəfə çempion tamamlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/754929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR