İsko "Yuventus"a keçə bilər - Ronaldo xahiş etdi

Madrid "Real"ının yarımmüdafiəçisi İsko Turinin "Yuventus" klubuna keçə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya komandası futbolçu üçün 60 milyon avrodan çox pul ödəmək niyyətində deyil.

Transferə futbolçunun özünün də komandanı tərk etmək istəyi təkan verə bilər. Belə ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan gələn mövsüm İskoya ümid bəsləmir.

Bundan əlavə, İskonun Turin klubuna alınmasını Kriştianu Ronaldu da xahiş edib. Portuqaliyalının fikrincə, yarımmüdafiədə yalnız Miralem Pyaniç yüksək tələblərə cavab verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR