"Ronaldu baş məşqçidən çox göstəriş verir" - Klub prezidenti

"Ronaldu baş məşqçidən çox göstəriş verir" - Klub prezidenti
09:42 15 May 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin prezidenti Aurelio De Laurentis Kriştianu Ronaldunun "Yuventus"dakı rolu barədə fikirlərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yerli mətbuata danışan futbol funksioneri portuqaliyalı superulduzun gəlişindən sonra Turin klubunun baş məşqçisi Massimiliano Alleqrinin səlahiyyətlərini itirdiyini bildirib:

"Ronaldu güclüdür, gələndən sonra sanki baş məşqçini əvəzlədi. Alleqri bu mövsüm nə etməli idi? Əsl motivator Ronaldudur. O, paltardəyişmə otağının lideridir. Millinin oyunlarında gördüm ki, o, ehtiyat oyunçular skamyasında əyləşib, baş məşqçidən çox göstəriş verir. Şəxsən mən heç vaxt onu transfer etməzdim. Çünki valideynlərim mənə belə yaşamağı öyrətməyiblər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/754933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR