"Avropa Liqasının final oyunun Bakıda keçirilməsi Azərbaycan üçün gözəl imkandır": Robert Pires

"Futbol üzrə Avropa Liqasının final oyunun Bakıda keçirilməsi Azərbaycan üçün gözəl imkandır. Bakı mötəbər tədbirə ev sahibliyi edir".

Metbuat.az-ın məlumatına görə, Bakıda jurnalistlərə açıqlamasında "Arsenal" futbol klubunun keçmiş futbolçusu Robert Pires bildirib. O qeyd edib ki, finalda iki London komandasının qarşılaşması xüsusi məqamdır:

"Ömrümün 6 ilini, 6 mövsümünü "Arsenal"da çıxış etmişəm, finalda da" "Arsenal" komandasına dəstək olacam. Komandanın özündə səfir kimi fəaliyyət göstərirəm".

R.Pires Bakının uzaq olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bikdirib:

"Fikrimcə, Bakı Londondan uzaqda deyil, təyyarə ilə 5 saatlıq yoldur. "Arsenal" azarkeşləri üçün bu yeni ölkəni, yəni şəhəri kəşf etmək üçün gözəl imkandır. Azərbaycan azarkeşlərinin futbol sevgisinə bələdəm, stadion böyükdür. Hər iki komandanın azarkeşləri üçün oyunun maraqlı keçəcəyinə inanıram".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR