Müğənni Sevinc Ağaşirinova oğlu Yahyanın bir yaşını qeyd edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı xoş gününü sənət dostlarını bir araya toplayaraq təmtəraqlı keçirib.
“Bu gün oğlumun bir yaşı tamam oldu. Eyni zamanda Yahyanı müsəlman etdik. İstədim ki, bu xoş günümdə yaxın qohumlarım, sənət dostlarım yanımda olsunlar. Təşrif buyuran, sevincimi bölüşən bütün qonaqlara təşəkkür edirəm”, - deyə Ağaşirinova bildirib.
Mərasimə meyxanaçı Namiq Qaraçuxurlu, Ramal İsrafilov, Sevda Yahyayeva, Sevil-Sevinc bacıları, Lamiyə Novruzova, rəqqasə Fatimə Fətəliyeva, prodüser Təranə Səmədova, teleaparıcı Samir Bayramlı və başqaları qatılıblar.
Milli.Az
Milli.Az