Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.

Metbuat.az-ın ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR