Ağdaş sakini silah üçün sursat satarkən tutulub

Ağdaş sakini silah üçün sursat satarkən tutulub
14:03 15 Yanvar 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Ağdaş şəhər sakini tapança üçün patronlar satarkən tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fəqan Nəsirov “Makarov” markalı tapançaya aid 35 ədəd patronu satarkən tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR