Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir - Baş nazirin müavini

Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir - Baş nazirin müavini
13:36 15 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ayşəm Rüstəmova - Trend:

Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib: "Ölkədə müxalifətin iddia etdiyi dərəcədə inflyasiya mövcud deyil. Yay mövsümünün başlaması ilə əlaqədar ərzaq məhsullarının qiymətlərinin daha da aşağı düşməsi müşahidə edilir və qiymət azalması bundan sonra davam edəcək. Ölkədə idxalın artması isə insanların alıcılıq qabiliyyətinin artması deməkdir".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda son zamanlar ixrac əhəmiyyətli dərəcədə artıb: "Azərbaycanda ixrac idxaldan əhəmiyyətli dərəcədə yüksəkdir, saldo müsbətdir. Bunu müsbət tendensiya hesab edirəm. İdxal ona görə artıb ki, son vaxtlar Azərbaycanda maaşlar, pensiyalar, müavinətlər artıb. Biznesdə də buna həssaslıq göstərərək idxal olunan malları artırıblar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3062413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR