Zahid Sabirabadlının məzar daşına 10 min manatı kim ödədi?

Zahid Sabirabadlının məzar daşına 10 min manatı kim ödədi?
14:37 15 May 2019
Ölkə mətbuatı
A- A+

Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının məzar daşı hazırlanıb.

Milli.Az yenicag.az-a istinadla xəbər verir ki, sənətçinin məzar daşı üçün 10 min manat xərclənib. Qaynı Niyazın dediyinə görə, bu məbləğ Zahidin bacı və qardaşları tərəfindən ödənilib. Bir müddət öncə Sabirabadlının məzar daşını düzəltdirəcəkləri ilə gündəmə gələn müğənnilər sənətçinin ailəsinə bir qəpik də verməyiblər:

"Məzar daşı Sumqayıtda hazırlanıb. Bacı və qardaşından başqa heç kim pul verməyib. Daş mayın 20-də yerinə - məzar üstünə qoyulacaq. Mayın 28-də isə Zahidin doğum günüdür".

"Hər şey daxil" verilişindən olan görüntüləri təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/755019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR