Sumqayıtda yeni istehsal müəssisələri yaradılacaq

Sumqayıtda yeni istehsal müəssisələri yaradılacaq
15:54 15 May 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində yeni istehsal müəssisələri yaradılacaq.
 
ONA-nın yerli bürosunun məlumatına görə, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Sumqayıt şəhərində iplik istehsalı müəssisəsinin qurulması, sabun və gigiyenik məhsullar, sellüloz, müxtəlif profnastillər və kaset panellər, şərab şüşələri və tara istehsalı, logistika mərkəzinin yaradılması planlaşdırılır.
 
Bununla yanaşı, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişaf etdirilməsi istiqamətində də addımlar atılacaq. Belə ki, orada şüşə və saxsı məmulatlar istehsalı zavodunun tikintisi, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, termoformasiya metodu ilə vərəqə şüşə istehsalı, yun əyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/314638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR